Portfolio · Falcon Wedding

Almaniyadan Bakıya uzanan bir toy hekayəsi

120 nəfərlik, 8 ölkədən 40-dan çox xarici qonağın iştirak etdiyi, iki mədəniyyəti birləşdirən xüsusi gün.

24 oktyabr 2026 · Bakı, Azərbaycan · Murad bəy və Csilla xanım

Murad bəy və Csilla xanımın toy hekayəsi — Bakı, Azərbaycan

Hekayənin girişi

Bəzi toylar sadəcə bir günün təşkilindən ibarət olmur. Arxasında aylarla davam edən planlama, böyük məsuliyyət, fərqli mədəniyyətlər və unudulmaz xatirələr dayanır.

Murad bəy və Csilla xanımın 24 oktyabr 2026-cı il tarixində Bakıda baş tutan toyu Falcon Wedding üçün məhz belə bir layihə oldu.

Bu hekayənin ən maraqlı tərəfi ondan ibarət idi ki, toyun bütün planlama və təşkilatçılıq prosesi cütlüyün Bakıda iştirakı olmadan, Almaniyadan idarə edilməyə başladı.

Aprel 2026

Hər şey aprel ayında başladı

Aprel ayında Almaniyadan bizimlə əlaqə saxlayan Murad bəy və Csilla xanım toylarını Bakıda keçirmək qərarına gəlmişdilər. Lakin işlə əlaqədar olaraq tez-tez Bakıya gəlmək imkanları yox idi. Buna görə də toyun planlanmasını, xidmət təminatını və ümumi təşkilatçılığını Falcon Wedding-ə həvalə etdilər.

Almaniyadan Bakıya planlanan toy — Murad və Csilla
Toy hekayəsinin planlama mərhələsi

Bakıya gəlmədən 15 məkan seçimi

İlk mərhələdə əsas məqsəd cütlüyün istəklərini, qonaq sayını, büdcəsini və nəzərdə tutduqları tarixi dəqiqləşdirmək idi. Bu məlumatlar əsasında onlara 15 fərqli şadlıq sarayından ibarət təklif hazırladıq.

Hər bir təklifdə qərar vermək üçün lazım olan bütün vacib məlumatlar yer alırdı:

  • Şadlıq saraylarının zal videoları və interyer görüntüləri
  • Qonaq tutumları və yerləşdirmə imkanları
  • Menyu qiymətləri və təklif olunan şərtlər
  • Seçilən tarix üzrə mövcudluq məlumatları
  • Məkanların fərqli xüsusiyyətləri

Beləliklə, cütlüyümüz Bakıya gəlmədən 15 məkanı müqayisə etmək və öz seçimlərini rahat şəkildə etmək imkanı əldə etdi.

Beynəlxalq toy

Bir toy, 8 ölkə və iki fərqli mədəniyyət

Şadlıq sarayı seçildikdən sonra növbəti mərhələyə keçdik. Lakin bu toy bizim üçün adi Bakı toylarından fərqlənirdi.

8 ölkədən qonaqların iştirakı ilə Bakıda beynəlxalq toy

Toyda 8 fərqli ölkədən 40-dan çox xarici qonağın iştirakı nəzərdə tutulurdu. Bu isə musiqi proqramından aparıcılığa, səhnə təqdimatından toyun ümumi ssenarisinə qədər hər detalın daha diqqətlə planlaşdırılmasını tələb edirdi.

Bizim üçün əsas məsələ yalnız Azərbaycan toyunu təşkil etmək deyil, həm də Macarıstan mədəniyyətini bu xüsusi günə düzgün şəkildə inteqrasiya etmək idi.

Csilla xanımın macar olması nəzərə alınaraq toy proqramı hər iki ölkənin milli adət-ənənələrinə uyğun hazırlandı. Musiqi repertuarı, səhnə çıxışları və toyun gedişatı bu iki mədəniyyətin xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırıldı.

Azərbaycan və Macarıstan mədəniyyətlərini birləşdirən toy proqramı

Naid Şadxan — səhnənin ürəyi

Bu məqsədlə aparıcı və ifaçı seçimində də xüsusi yanaşma tətbiq etdik. Namizədlər arasından Naid Şadxan bu xüsusi toy üçün ən uyğun namizəd olduğunu müəyyənləşdirdik. Onun özünəməxsus səs tembri həm Azərbaycan milli musiqilərinin, həm də xarici musiqi repertuarının təqdimatı üçün ideal seçim oldu.

Naid Şadxanın ifası və səhnə təqdimatı toyun atmosferinə xüsusi rəng qatdı. Xarici qonaqlar musiqi proqramı boyunca özlərini sanki xüsusi hazırlanmış bir konsert proqramının iştirakçıları kimi hiss edirdilər. Həm milli musiqilərimizin, həm də beynəlxalq repertuarın peşəkar təqdimatı qonaqlar tərəfindən böyük rəğbətlə qarşılandı və onlardan çox müsbət rəylər aldıq.

Naid Şadxanın ifası — beynəlxalq toy musiqi proqramı
Naid Şadxan səhnə təqdimatı — Azərbaycan və beynəlxalq repertuar

Eyni zamanda toyun təqdimatının həm Azərbaycan, həm də ingilis dillərində aparılmasını təşkil etdik ki, bütün qonaqlar tədbirin gedişatını rahat izləyə və mərasimdə özlərini iştirakçı hiss edə bilsinlər.

Tam təşkilat

Toyun bütün detalları Falcon Wedding tərəfindən planlandı

Məkan seçimi ilə işimiz bitmirdi. Cütlüyümüzün bütün ehtiyaclarını nəzərə alaraq digər xidmətlərin də təminatını həyata keçirdik. Toyun ümumi konsepsiyasına və büdcəsinə uyğun olaraq:

  • 1Bəy və gəlin avtomobilinin seçimi və təşkili
  • 2DJ xidmətinin təmin edilməsi
  • 3Dekorasiya və masa tərtibatı
  • 4Fotoqraf və videqraf komandalarının seçilməsi
  • 5Aparıcı və musiqi heyətinin təşkili
  • 6Qonaqlar üçün xüsusi masa kartlarının hazırlanması
  • 7Xatirə olaraq təqdim ediləcək maqnit hədiyyələrin hazırlanması
  • 8Qonaqların fotoları paylaşması üçün masalara QR kodların yerləşdirilməsi

Hər bir detal əvvəlcədən planlaşdırılır, cütlüklə razılaşdırılır və ümumi toy ssenarisinə uyğunlaşdırılırdı.

Toy dekorasiyası və masa tərtibatı — Falcon Wedding
Toy detalları — masa kartı və xatirə hazırlığı
Toy günü hazırlıq və koordinasiya — Niaqara Sarayı

Toya 2 həftə qalmış

Cütlük Bakıya gələndə toyun böyük hissəsi artıq hazır idi

Toya iki həftə qalmış Murad bəy və Csilla xanım ilk dəfə Bakıya gəldilər. Həmin vaxta qədər əsas təşkilati işlərin böyük hissəsi artıq tamamlanmışdı. Məkan seçilmiş, xidmət partnyorları müəyyənləşdirilmiş, proqram hazırlanmış və digər vacib detallar razılaşdırılmışdı.

Murad bəy və Csilla xanım Bakıda toy planının son müzakirəsi
Cütlüklə canlı görüş — toy gününün dəqiq planı

Cütlüklə canlı görüşlər keçirərək toy gününün dəqiq planını, mərasim ardıcıllığını və son detalları birlikdə müzakirə etməyə başladıq.

Bu mərhələdə məsuliyyətimiz daha da artırdı. Çünki artıq söhbət yalnız bir toyun təşkilindən deyil, müxtəlif ölkələrdən gələn qonaqlara Azərbaycan qonaqpərvərliyini və toy ənənələrini layiqincə təqdim etməkdən gedirdi.

Biz istəyirdik ki, hər bir xarici qonaq bu günü sadəcə izləməsin, onun bir parçasına çevrilsin.

24 oktyabr — aylarla davam edən hazırlığın nəticəsi

24 oktyabr toy günü — Niaqara Sarayı, Bakı

Nəhayət, gözlənilən gün gəlib çatdı.

Toy günü saat 15:00-dan etibarən Falcon Wedding komandası Niaqara Sarayında koordinasiya işlərinə başladı. Gecə saat 00:30-a qədər tədbirin bütün gedişatına nəzarət etdik.

Zalın hazırlığından masa yerləşimlərinə, proqramın ardıcıllığından xidmət komandalarının koordinasiyasına və qonaqların qarşılanmasına qədər bütün detallar əvvəlcədən hazırlanmış plana uyğun idarə edildi.

Xarici qonaqların Azərbaycan milli toy adət-ənənələrinə göstərdiyi maraq isə günün ən yaddaqalan məqamlarından biri oldu. Onların bir çoxu mərasimin müxtəlif hissələrini böyük maraqla izləyir, hətta telefonları ilə həmin anları lentə almaq üçün uzun müddət yerlərində əyləşmirdilər.

Bu mənzərə bizim üçün xüsusi məna daşıyırdı. Çünki aylarla üzərində işlədiyimiz proqramın və təşkilatçılığın qonaqlarda yaratdığı təəssüratı öz gözlərimizlə görürdük.

Bizim üçün uğur yalnız toyun baş tutması deyil

Murad bəy və Csilla xanımın toyunun uğurla tamamlanması Falcon Wedding komandası üçün böyük təcrübə və qürurverici bir nəticə oldu.

Bu layihə bir daha göstərdi ki, düzgün planlama və peşəkar koordinasiya ilə cütlük başqa ölkədə yaşasa belə, Bakıda öz arzularına uyğun toy keçirə bilər.

Bizim üçün ən dəyərli nəticələrdən biri isə qonaqlardan aldığımız müsbət rəylər və cütlüyümüzün məmnuniyyəti oldu.

Təşəkkürümüzü bildiririk

Bu məsuliyyətli layihədə bizimlə birlikdə çalışan dəyərli partnyorlarımıza:

  • Niaqara Sarayı

    Rəhbərliyinə və xüsusilə Şəhriyar bəyə

  • Naid Şadxan

    Aparıcı və ifaçı kimi göstərdiyi peşəkarlığa görə

  • Rüstəm Hacoğlanov

    Fotoqraf komandasının rəhbəri olaraq əməkdaşlığına görə

  • Mario Russo

    Rəhbərliyinə, xüsusilə Ruslan bəyə və Orxan bəyə

Hər birinizin bu layihəyə verdiyi töhfə bizim üçün dəyərlidir.

Toyun video görüntüləri ilə Instagram səhifəmizdə tanış ola bilərsiniz.

Siz də toyunuzu Falcon Wedding-ə etibar edə bilərsiniz

Toy hazırlığı üçün aylarla Bakıda olmaq, onlarla məkan gəzmək, müxtəlif xidmət təminatçıları ilə ayrı-ayrılıqda danışmaq məcburiyyətində deyilsiniz.

Falcon Wedding olaraq biz toyunuzun planlanmasını ilk ideyadan son koordinasiyaya qədər öz üzərimizə götürürük. Məkan seçimindən xidmət təminatına, büdcə planlamasından toy gününün idarə olunmasına qədər bütün prosesi vahid komanda ilə təşkil edirik.

Siz sadəcə arzuladığınız toyu təsəvvür edin. Onun gerçəkləşməsi üçün lazım olan detalları isə biz birlikdə planlayaq.

Falcon Wedding — Toy hazırlığı yorucu axtarış olmamalıdır.

falconwedding.com

Bizi sosial mediada izləyin

Bakı şadlıq sarayları, toy məkanları və menyu qiymətləri barədə yeniliklər üçün FalconWedding-in Instagram və TikTok səhifələrinə abunə olun.