Falcon Wedding · Bakı · 2025
Seçimlərinizdə bələdçiniz, hazırlıq prosesində tərəfdaşınız, ən xüsusi gününüzdə isə rahatlığınız üçün çalışan komandanız.
2025
Təsis ili
140+
Partnyor
19
Xidmət istiqaməti
A–Z
Tam təşkilat

Biz kimik və nə üçün varıq?
Falcon Wedding 2025-ci ildə Şahin Məmmədov tərəfindən təsis edilib. Məqsədimiz toy və nişan tədbirlərinin təşkili ilə bağlı xidmətləri vahid ekosistemdə birləşdirmək, cütlüklərin hazırlıq prosesini asanlaşdırmaq və bu sahədə mövcud problemlərin həllinə töhfə verməkdir.
Falcon Wedding olaraq Azərbaycanda toy və nişan sektoruna yeni yanaşma gətirərək, bu sahədə ilk dəfə kompleks xidmət platforması və ekosistemi yaratmışıq. Xarici ölkələrin təcrübəsində toy hazırlığının müxtəlif mərhələlərini birləşdirən xidmət modellərinə rast gəlinsə də, Azərbaycanda bu yanaşma vahid və kompleks sistem şəklində mövcud deyildi. Bizim məqsədimiz ayrı-ayrı xidmətləri sadəcə bir araya gətirmək deyil, toy hazırlığının bütün mərhələlərini əlaqələndirən, cütlüklərə real dəyər qazandıran və sektorda yeni standart formalaşdıran bir ekosistem yaratmaqdır.
Biz inanırıq ki, toy hazırlığı aylarla davam edən yorucu axtarışlar, saysız-hesabsız telefon danışıqları və toy günü yaşanan stress demək olmamalıdır. Bu xüsusi günə gedən yolun özü də xoş xatirələrlə yadda qalmalıdır. Məhz buna görə Falcon Wedding cütlüklərin vaxtına qənaət etməyi, seçim prosesini asanlaşdırmağı və təşkilati çətinlikləri minimuma endirməyi qarşısına məqsəd qoyub.
Falcon Wedding fəaliyyətinə toy sektorunun real problemlərini araşdırmaqla başlayıb. Həm cütlüklərin və onların ailə üzvlərinin, həm də xidmət təminatçılarının təcrübəsini öyrənmiş, əvvəlki illərdə toy etmiş cütlüklər arasında keçirilən sorğuları və təşkil etdiyimiz tədbirlərdən əldə etdiyimiz təcrübəni təhlil etmişik.
Bu araşdırmalar bizə bir həqiqəti göstərib: toyun uğurlu təşkili yalnız yaxşı xidmətlər seçməkdən ibarət deyil. Əsas məsələ həmin xidmətlərin keyfiyyətinə, qarşılıqlı koordinasiyasına və vəd edildiyi kimi yerinə yetirilməsinə əmin olmaqdır.
Partnyorluq və məsuliyyət
Falcon Wedding-in məqsədi sadəcə geniş partnyor şəbəkəsi yaratmaq deyil. Bizim üçün daha vacib olan bu şəbəkədə təmsil olunan hər bir xidmət təminatçısının müştərilərə təqdim etdiyi xidmətin keyfiyyətidir.
140+
Bu gün ekosistemimiz 140-dan çox partnyoru və 19 xidmət istiqamətini əhatə edir. Bununla belə, partnyor sayının artması bizim üçün özlüyündə uğur göstəricisi deyil.
Keyfiyyət
Biz xidmət keyfiyyətini daim izləməyi, müştəri rəylərini öyrənməyi və aşkar olunan problemlərə münasibət bildirməyi vacib hesab edirik.
Məsuliyyət
Partnyorluq yalnız müştəriyə xidmət göstərmək üçün vasitə deyil. Hər xidmətdən sonra məmnuniyyəti öyrənir, ehtiyac olanda həll prosesini dəstəkləyirik.
Bizim üçün etibar yalnız verilən vədlərlə deyil, problem yarandıqda göstərilən münasibətlə qazanılır.
Hər bir xidmətin təqdim olunmasından sonra müştəri məmnuniyyətini öyrənməyə çalışırıq. Ehtiyac yarandıqda isə müvafiq tədbirlərin görülməsini dəstəkləyirik. Çünki bizim üçün partnyorluq yalnız müştəriyə xidmət göstərmək üçün vasitə deyil, həm də məsuliyyət deməkdir.
Falcon Wedding vasitəsilə xidmət göstərən partnyorlarımız müştəri məmnuniyyətinə xüsusi diqqət yetirməli olduqlarını qəbul edirlər. Biz isə öz növbəmizdə müştəriyönümlü mövqeyimizi qorumağa, yaranan anlaşılmazlıqları obyektiv araşdırmağa və müştərinin maraqlarının nəzərə alınmasına çalışırıq.
Toy insan həyatının ən xüsusi günlərindən biridir. Həmin günün təkrarını yaşamaq mümkün deyil. Buna görə də hazırlıq mərhələsində verilən hər bir qərar, seçilən hər bir xidmət və qurulan hər bir razılaşma böyük əhəmiyyət daşıyır.
Bir toyun təşkilində şadlıq sarayı, fotoqraf, videoçəkiliş, musiqi, DJ, aparıcı, dekorasiya və digər xidmətlər də daxil olmaqla çoxsaylı tərəflər iştirak edə bilər. Bu xidmətlərin hər birini ayrıca seçmək, şərtləri razılaşdırmaq, vaxtında hazır olmasına nəzarət etmək və bir-biri ilə əlaqələndirmək isə cütlüklər və onların ailələri üçün əlavə yük yaradır.
Falcon Wedding olaraq məqsədimiz bu yükü azaltmaqdır.
İstəyirik ki, bəy və gəlin toy günü təşkilati məsələləri həll etməklə deyil, bir-birinə, ailələrinə və yaxınlarına vaxt ayırmaqla məşğul olsunlar. Valideynlər də yaranan problemlərin həlli ilə məşğul olmaq əvəzinə övladlarının xoşbəxtliyini paylaşa bilsinlər.
Biz sadəcə xidmət seçiminə kömək etmirik. Təcrübəmiz, partnyor şəbəkəmiz və təşkilati yanaşmamızla toy hazırlığının daha planlı, rahat və nəzarət olunan prosesə çevrilməsinə çalışırıq.
Cütlüklər üçün yaratdığımız imkanlar
Falcon Wedding olaraq yerli bazarı və beynəlxalq trendləri izləyir, cütlüklərin ehtiyaclarına uyğun yeni xidmətlər üzərində işləyirik.

Cütlüklərimizin partnyorlarımızın təqdim etdiyi xüsusi endirim və üstünlüklərdən yararlana bilməsi üçün toy vauçeri hazırlamışıq. Məqsədimiz toy büdcəsinin daha səmərəli idarə olunmasına dəstək verməkdir.
Vauçerə bax
2026-cı ilin əvvəlində cütlüklərin uyğun şadlıq saraylarını tapmaq üçün vaxt itirməsinin qarşısını almağa yönəlmiş konsultasiya xidmətini yaratmışıq. Qonaq sayı, büdcə, toy tarixi və şəxsi seçimlər nəzərə alınır.
Konsultasiya al
Toy və nişan hazırlığında ehtiyac duyulan müxtəlif xidmətləri bir araya gətirərək cütlüklərə seçim, müqayisə və təşkilati koordinasiya baxımından daha rahat imkanlar yaratmağa çalışırıq.
Xidmətlərə baxBu təşəbbüslər bizim üçün son nöqtə deyil. Falcon Wedding ekosisteminin həm əhatə dairəsini, həm də xidmət keyfiyyətini inkişaf etdirmək istiqamətində fəaliyyətimizi davam etdiririk.
Əziz cütlüklər
Əlbəttə, siz şadlıq sarayınızı seçə, fotoqrafınızı tapa, musiqiçilərlə danışa, DJ və digər xidmətləri özünüz sərbəst şəkildə sifariş edə bilərsiniz. Bunun üçün mütləq vasitəçiyə ehtiyac yoxdur.
Bəs Falcon Wedding ilə işləməyin fərqi nədir? Fərq bizim təcrübəmizdə, seçim imkanlarımızda, təşkilati yanaşmamızda və prosesə münasibətimizdədir.
Hər bir xidmət təminatçısını sıfırdan axtarmaq, müxtəlif təklifləri müqayisə etmək və şərtləri ayrı-ayrılıqda razılaşdırmaq əvəzinə bizim təcrübəmizdən yararlana bilərsiniz.
Sizə uyğun seçimləri müəyyənləşdirməyə, büdcənizi planlaşdırmağa və mümkün əlavə xərclərə əvvəlcədən diqqət yetirməyə kömək edirik.
Toy hazırlığını daha sistemli təşkil edirik ki, detallar unudulmasın, xidmətlər bir-biri ilə uyğun işləsin.
Toy günü yarana biləcək təşkilati məsələlərin bütün məsuliyyətinin bəy-gəlinin və valideynlərinin üzərinə düşməməsi üçün çalışırıq.

Təsəvvür edin: aylarla hazırlığını gördüyünüz toy günündə bəy və gəlin masasından qalxıb musiqinin vaxtında başlamasını, çəkiliş komandasının hazır olmasını, xidmətlərin razılaşdırıldığı kimi yerinə yetirilməsini və digər detalları yoxlamalı olursunuz. Valideynlər də qonaqları qarşılamaq və bu xoş günü yaşamaq əvəzinə təşkilati məsələləri həll etməyə çalışırlar.
Biz məhz bu mənzərənin dəyişməsini istəyirik.
Sizin toyunuz layihə deyil, həyatınızın xüsusi günüdür. Onu idarə etməyə deyil, yaşamağa vaxtınız qalmalıdır.
Falcon Wedding-in məqsədi bütün problemlərin heç vaxt yaranmayacağına söz vermək deyil. Məqsədimiz mümkün riskləri əvvəlcədən nəzərə almaq, hazırlığı planlı aparmaq, xidmətlərin koordinasiyasına diqqət yetirmək və çətinlik yarandıqda həll prosesinə dəstək olmaqdır.
Biz istəyirik ki, toyunuz bitdikdən sonra yaddaşınızda yorğunluq, gərginlik və həll edilməmiş təşkilati məsələlər deyil, sevinc, xoş anlar və gözəl xatirələr qalsın.
Falcon Wedding — seçimlərinizdə bələdçiniz, hazırlıq prosesində tərəfdaşınız, ən xüsusi gününüzdə isə rahatlığınız üçün çalışan komandanız.
Çünki bizim üçün uğurlu toy yalnız tədbirin baş tutması deyil, cütlüklərin həmin günü rahatlıqla yaşaması və sonradan məmnuniyyətlə xatırlamasıdır.
Konsultasiya üçün yazın
Bizi sosial mediada izləyin
Bakı şadlıq sarayları, toy məkanları və menyu qiymətləri barədə yeniliklər üçün FalconWedding-in Instagram və TikTok səhifələrinə abunə olun.