FalconWedding – məkan seçimindən DJ, aparıcı, dekor və toy günü koordinasiyasına qədər hər detalla məşğul olan peşəkar komanda. Siz yalnız “hə” deyin, qalan hər şey bizdədir.
Hər detalı düşünülmüş mərasim
Nə edirik?
Məkan, dekor, musiqi, aparıcı, foto/video və toy günü koordinasiyasını A-dan Z-yə biz idarə edirik.
Kimin üçündür?
“Heç nəyi riskə atmaq istəmirəm, hər şey peşəkar olsun” deyən cütlüklər üçün.
Toy büdcənizin düzgün planlaşdırılması və idarə olunması ilə hər bir xərcin optimallaşdırılması. Gizli və gözlənilməz xərclərin qarşısını alaraq, stresssiz bir planlaşdırma prosesi təmin edirik.
Saray seçimindən tutmuş dekorasiya tərtibatına qədər hər bir detalda professional dəstək. Qonaq sayınıza uyğun məkan seçimi, fotosessiya üçün ideal yerlər və bütün təchizatların təşkili.

Toy həyatda bir dəfə yaşanan, amma planlaşdırılması yüzlərlə detal tələb edən bir gündür. Siz o sarayda bir dəfə toy edirsiniz, biz isə həmin sarayda dəfələrlə tədbir təşkil etmişik.
Məhz buna görə, toyunuzu bizim vasitəmizlə təşkil etdikdə, əslində özünüzü mümkün problemlərdən sığortalayırsınız. Biz əvvəlcədən nələr baş verə biləcəyini bilirik və həmin riskləri minimuma endiririk.

Bu xidmət çərçivəsində gəlin səhər saatlarından etibarən rahat və komfortlu şəkildə evdən gözəllik salonuna, gözəllik salonundan gəlinlik mağazasına və daha sonra yenidən evə təhlükəsiz və vaxtında çatdırılır. Bütün marşrut əvvəlcədən planlaşdırılır, gecikmə və stress riskləri minimuma endirilir.
Toy günü hər detalın önəmli olduğunu bilirik. Gəlinin həmin gün özünü tələsik, yorğun və gərgin deyil, dəyərli və xüsusi hiss etməsi əsas prioritetimizdir. Xüsusi nəqliyyat xidməti ilə gəlin günə rahat başlayır, qayğısız şəkildə hazırlıq prosesini yaşayır və özünü həqiqətən diqqət mərkəzində hiss edir.
Bu xidmət sadəcə bir nəqliyyat deyil — bu, gəlinin həyatının ən önəmli günündə özünü xüsusi, seçilmiş və tam diqqət altında hiss etməsi üçün düşünülmüş peşəkar dəstəkdir.
Toy təşkilatında ən həssas və vacib məsələlərdən biri qonaqların düzgün şəkildə masalar üzrə bölgüsüdür. Biz bu mərhələdə sizə peşəkar dəstək göstəririk.
Qonaqların yaşına, ailə və dostluq əlaqələrinə, yaxınlıq dərəcəsinə və ümumi komfortuna uyğun bölgü aparılır. Doğru masa planlaması toyun ab-havasını birbaşa dəyişir. İnsanlar özlərini rahat hiss edir, söhbət qurmaq asan olur, narazılıq və narahatlıq yaranmır. Nəticədə toy daha səmimi, daha enerjili və daha məmnun keçir.
Toy günü isə komandamız qonaqları qapıda qarşılayır, siyahı üzrə adlarını yoxlayır və onları uyğun masalara yönləndirir. Heç kim çaşqın qalmır, "harada əyləşim?" sualı yaranmır, zalda qarışıqlıq olmur.
Ən önəmlisi isə budur: Artıq valideynləriniz, bacı-qardaşlarınız və yaxın dostlarınız qapıda dayanıb qonaq qarşılamaq, siyahı axtarmaq, masa göstərmək kimi işlərlə məşğul olmayacaq. Onlar sadəcə qonaq kimi öz övladlarının, dostlarının xoş gününü yaşayacaqlar.
Siz o gün stress yox, sevinc yaşayacaqsınız. Valideynləriniz xidmətçi yox, qürurla övladının toyunda iştirak edən valideyn olacaq. Dostlarınız işçi yox, sizinlə birlikdə əylənən qonaq olacaq.
Biz isə arxa planda bütün prosesi sakit, nizamlı və peşəkar şəkildə idarə edəcəyik.
Toyunuzu unudulmaz edəcək peşəkar komandanın seçilməsi. Aparıcı, musiqiçi, DJ, fotoqraf və rəqs qruplarından tutmuş xüsusi effektlərə qədər hər şeyi biz təşkil edirik.

Toy günü hər şeyin mükəmməl getməsi üçün tam koordinasiya və idarəetmə. Gəlin asistenti, qonaq yerləşdirməsi və operativ problem həllindən tutmuş təcili hallar çantasına qədər hər şeyi nəzərə alırıq.
Qonaq siyahısının idarə olunması və gözəl elektron dəvətnamələrin hazırlanması. Hər bir qonaq üçün xüsusi diqqət və professional dəvət sistemi.

Toy gününüz həyatınızın ən həyəcanlı və ən dəyərli günüdür. Bu xüsusi gündə sizin tək işiniz xoşbəxt olmaqdır.
Qalan hər detalı isə peşəkar Gəlin Asistenti idarə edir – siz sadəcə anı yaşayırsınız, o isə komfortunuzu, vaxtınızı və görüntünüzü nəzarətdə saxlayır.
Partnyorlarımızla xüsusi endirimlər və imtiyazlar. Gözəllik salonları, gəlinlik mağazaları və gəlin buketi xidmətlərində xüsusi qiymətlər.
Saray menyularında adətən "əlavə ödənişli xidmətlər" bölməsi olur: çəkiliş, aparıcı, müğənni, dekorasiya, DJ, rəqs qrupu, atəşfəşanlıq və s. Bu xidmətlər çox zaman ayrıca və yüksək qiymətlərlə təklif edilir. Müştəri isə hər xidməti tək-tək seçməli, danışmalı və büdcəni ayrıca planlamalı olur.
Biz bu prosesi sizin üçün daha sistemli və daha sərfəli şəkildə təşkil edirik. Bütün bu xidmətləri tam paket halında, daha münasib qiymətlərlə təqdim edə bilirik. Çünki biz bazarı tanıyırıq, uzunmüddətli əməkdaşlıq etdiyimiz peşəkar komandalar var və xidmətləri bir mərkəzdən koordinasiya edirik. Bu isə həm qiymət üstünlüyü yaradır, həm də keyfiyyətə nəzarəti gücləndirir.
Falcon Wedding olaraq, biz yalnız toy təşkil etməklə məşğul olan bir şirkət deyilik. Biz, həyatınızın ən xüsusi gününü – bir dəfə yaşanan və unudulmaz olmalı olan bu anı – ən yüksək səviyyədə planlaşdırmaq və idarə etmək üçün buradayıq.
Bizim fərqimiz təcrübəmizdədir. Sektoru dərindən tanıyırıq: Bazarda hansı sarayların, musiqi qruplarının və aparıcıların güclü və zəif tərəfləri olduğunu yaxşı bilirik. Hər bir toyda qarşılaşıla biləcək problemləri əvvəldən nəzərə alır, sizin üçün riskləri minimuma endiririk.
Bu iş yalnız gözəl dekorasiyadan ibarət deyil. Biz, təcrübə, planlama bacarığı və məsuliyyət tələb edən hər detalı düşünürük. Menyu seçimindən, masa planlamasına, qonaq idarəsindən, fotoqraf və aparıcı seçimlərinə qədər hər addımda sizin yanınızdayıq.
Biz öz təcrübələrimizlə yanaşı yaxın zamanlarda toyu olmuş cütlüklərin yaşadıqları problemləri öyrənirik. Bununla da biz cütlüklərimizin eyni mənfi halları yaşamamaları üçün alternativ imkanlar yaradırıq. Toy günü sizin üçün stress yox, yalnız xoşbəxtlik və unudulmaz xatirələr yaradır.
Biz inanırıq ki, toy insan həyatında yalnız bir dəfə baş verir. Bu səbəbdən hər detal bizim üçün əvəzolunmazdır. Hər layihəyə fərdi yanaşır, sizin arzularınızı, stilinizi və ehtiyaclarınızı əsas götürərək tam uyğun həllər təqdim edirik.
Falcon Wedding ilə siz yalnız peşəkar xidmət almayacaqsınız. Siz həm də etibarlı, diqqətli və təcrübəli bir komanda ilə işləyirsiniz. Biz, toyunuzun hər saniyəsinin mükəmməl olmasını təmin etmək üçün buradayıq. Sizin yalnız xoşbəxt anları yaşamağınız bizim prioritetimizdir.
Ən son məqalələrimizi oxuyun və toyunuz üçün ilham qazanın

10.01.2026
Bakıda toy üçün məkan seçərkən diqqət etməli olduğunuz əsas meyarlar və məsləhətlər. Qonaq sayı, büdcə, interyer, servis, tarix və foto/video üçün bələdçi.

10.01.2026
2026-cı ildə Bakı gəlinləri üçün ən dəbli gəlinlik modelləri, trendlər və seçim məsləhətləri. Minimalist, A-line, rəngli və tül detallı gəlinliklər haqqında bələdçi.

10.01.2026
Bakıda toy fotoqrafı və Love Story çəkilişi üçün ən yaxşı seçim, trend ideyalar, məkanlar, büdcə və keyfiyyət məsləhətləri.

10.01.2026
Bakı üçün gəlinlik avtomobili seçimi, populyar modellər, dekorasiya və rahatlıq məsləhətləri.














































Bakıda ən məşhur və seçilmiş toy sarayları